Azərbaycanda federasiya prezidentini kəmərlə döydülər - VİDEO
27 Aprel 2022 11:27 İdmanAzərbaycan Braziliya Ciu-citsu Federasiyasının prezidenti Aqil Acalov məşqçi və idmançılar tərəfindən kəmərlə döyülüb.
A.Acalov bunu Braziliya ciu-citsusu üzrə bənövşəyi kəmər alması ilə əlaqələndirib.
O bildirib ki, bu, həmin idman növündə bir ənənədir və kəmər almaq üçün əziyyət çəkən hər bir insanı belə döyürlər.
Qeyd edək ki, Aqil Acalov bənövşəyi kəməri həmin federasiyanın fəxri prezidenti, ustad Taleh Həsənov qarşısında imtahan verərək alıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31