Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AVRO-2022-də rəqibləri bəlli olub. 

"OLAYLAR" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq. 

Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq.

AVRO-2022, Təsnifat mərhələsi

E qrupu

20 may

21:00. Azərbaycan - Kosova

21 may

21:00. Niderland - Azərbaycan

22 may

21:00. Slovakiya - Azərbaycan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31