“Təhsil” Respublika İdman Mərkəzinin birinciliyi uğrunda yarışlar başa çatıb

Bakıda təşkil olunan U15 kiçik yaşlı yeniyetmə oğlanlar arasında cüdo üzrə "Təhsil" Respublika İdman Mərkəzinin birinciliyi uğrunda yarışlar başa çatıb. "Olaylar" xəbər verir ki, martın 29-30-da təşkil edilən yarışda 34 kiloqram çəkilər arasında, Bakı şəhəri Sabunçu rayonu 277 saylı məktəbin şagirdi Cəfər İsmayıl Azər oğlu birincilik pilləsinə yüksəlib. Qeyd edək ki, İ.Cəfər Mustafayev İxtiyar Əziz oğlunun tələbəsidir. İ. Mustafayev idman ustasıdır, UGİM 10 Təhsil Nazirliyinin məşqçisidir. O, həm də Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Onun yetişdirdiyi tələbələrin bir çoxu yerli və beynəlxalq yarışların mükafatçısı olub. O, İsmayıl Cəfərin gələcəkdə böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31