Migel Van Damm öldü
29 Mart 2022 13:53 İdmanBelçikanın "Serkl Brügge" klubunun qapıçısı Migel Van Damm ölüb.
5 ildir leykemiya ilə mübarizə aparan qolkiper 28 yaşında vəfat edib.
Onun ölümünü həyat yoldaşı da təsdiqləyib. Ötən ilin mayında onların qızı dünyaya gəlib.
Migelin xəstəliyi 2016-cı ildə üzə çıxıb. 2019-cu ilin əvvəlində sağalan qolkiper məşqləri bərpa edib. Lakin həmin ilin yayında xəstəlik yenidən özünü büruzə verib.
Apasport
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31