"Qarabağ"-"Marsel" matçında fiti çalan hakimlər bəlli oldu - Artıq 10 min bilet də satılıb

"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri açıqlanıb.

Olaylar.az xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Bartoş Frankovskiyə laynsmanlar qismində Martsin Bonek və Yakub Vinkler yardım göstərəcək. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik icra edəcək.

"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.

"Qarabağ" klubunun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, artıq 10 min bilet satılıb.

O bildirib ki, "Marsel" klubu il qarşılaşacaq "Qarabağ"ın matçına maraq böyükdür: "Sosial şəbəkələrdə məlumat yayılıb ki, guya oyuna ucuz bilet qalmayıb. Bu yalan məlumatdır. Azarkeşlər onlayn şəkildə və ya kassalara yaxınlaşaraq ucuz bilet əldə edə bilərlər. Oyuna bilet qiymətləri 5 manatdan 100 manata qədərdir", - G.Abbaszadə deyib.

G.Abbaszadə qeyd edib ki, komanda oyuna tam hazırdır.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31