Karateçimiz dünya çempionu oldu
20 Noyabr 2021 21:32 İdmanBirləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki kaate üzrə dünya çempionatı davam edir.
Azərbaycanın qadın karateçisi İrina Zaretska final görüşünü keçirib. 68 kq çəki dərəcəsində çıxış edən idmançının rəqibi italiyalı Silvia Semeraro olub. Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.
Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.
Mənbə: teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31