Rövnəq Abdullayevin yerinə təyinat
1 Noyabr 2021 16:59 İdmanBu gün Cüdo Federasiyasında növbədənkənar seçki keçirilib. Seçki Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
"Qafqazinfo" xəbər verir ki, seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti olub.
Qeyd edək ki, nazir bu postda Rövnəq Abdullayevi əvəz edib. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31