FIFA milli federasiyanın fəaliyyətini bərpa edib
12 Oktyabr 2021 13:54 İdmanFIFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.
Olaylar.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qərar yerli hökumətin FTFA-ya verilən səlahiyyətləri bərpa etməsindən sonra qəbul olunub.
Hakimiyyət futbolu müvəqqəti idarə etməkdən ötrü milli komitə yaratmaq fikrindən daşınıb. Milli federasiyanın binaları yenidən qurumun prezidenti Moktar Mahamudun nəzarətindədir.
Qeyd edək ki, FIFA FTFA-nın fəaliyyətini apreldə dayandırıb. Həmin vaxt ölkənin səlahiyyətli nümayəndələri təşkilatın mandatını birdəfəlik ləğv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31