Çempionlar Liqasında tarix yazan oyunçu lüks maşınına benzin ala bilmədi

İngiltərənin AB-dən ayrılmasından sonra ölkədə baş verən yanacaq böhranının qurbanlarından biri Ronaldo oldu. Portuqaliyalı maşının sürücüsü və mühafizəçiləri 7 saat ərzində avtomobilə benzin ala bilmədilər. Ronaldonu qarşılamağa gedən heyət, 7 saat yanacaqdoldurma məntəqəsində gözlədikdən sonra benzin almadan geri qayıtmaq məcburiyyətində qaldı.

Olaylar.az xəbər verir ki, "Mançester Yunayted"in "Vilyarreal"ı 2:1 hesabı ilə məğlub etdiyi matçda tarix yazan Ronaldo çıxışda yolunda gözlənilməz vəziyyətlə üzləşib. Ronaldonun sürücüsü və cangüdənləri yanacaqdoldurma məntəqəsində 7 saat növbədə gözləyiblər.

Hadisə şahidinin dediyinə görə, "İki nəfəryağış altında saatlarla gözlədi. Bir damla benzin almadan getdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31