Messi PSJ-nin növbəti oyununa çıxmayacaq

PSJ-nin hücumçusu Lionel Messi ümumi qrupda məşqlərə hələ başlamayıb.

Olaylar.az xəbər verir ki, futbolçu Fransa çempionatının "Lion"la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb. Onun sentyabrın 25 və ya 26-da məşqlərə qoşulacağı gözlənilir. Həmçinin argentinalı oyunçunun "Monpelye" ilə görüşü buraxacağı da güman edilir. Belə ki, Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında "Mançester Siti" ilə oyuna qorumaq istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31