İspaniya klubu 400 milyon avrodan çox vəsait itirdi
17 Sentyabr 2021 17:35 İdman"Barselona"nın rəhbərliyi klubun idarə heyətinin toplantısından sonra bu gün bəyanat yayıb.
Olaylar.az klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, İspaniya klubu 2020-2021-ci il mövsümündə 481 milyon avro vəsaitdən məhrum olduqlarını açıqlayıb. İdarə heyəti klubun cari mövsüm üçün büdcəsini 765 milyon avro məbləğində təsdiqləyib.
Oktyabrın 6-da isə klub maliyyə problemlərindən məsul olan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31