"Yuventus"un futbolçusu millidən kənarlaşdırıldı
8 Sentyabr 2021 11:42 İdmanİtaliyanın "Yuventus" klubunda çıxış edən futbolçu Ueston Makkenni ABŞ yığmasının düşərgəsindən kənarlaşdırılıb.
Olaylar.az ESPN.com-a istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bir neçə dəfə koronavirusla bağlı tətbiq olunan tibbi təhlükəsizlik protokolunu pozub.
Makkeni naməlum şəxsi ABŞ millisinin karantin zonasına dəvət edib və üzürlü səbəb olmadan düşərgədən ayrılıb. O, sentyabrın 9-da Hondurasa qarşı DÇ-2022-nin seçmə oyununu buraxacaq.
Qeyd edək ki, 2017-ci ildən ABŞ millisində oynayan Ueston Makkenni 25 matçda 7 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31