Paralimpiyaçılarımız VƏTƏNƏ QAYITDI

Olaylar.az xəbər verir ki, Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən idmançılarımız Bakıya qayıdıb. İdmançılarımızı hava limanında azarkeşlər və KİV nümayəndələri qarşılayıb.

Onlar yarışlarla bağlı öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər.

Xatırladaq ki, Azərbaycan Tokio paralimpiadasını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Komanda medal sıralamasında 10-cu yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31