39 il komada qalan futbolçu ölüb - Foto
6 Sentyabr 2021 21:15 İdmanFransalı keçmiş futbolçu Jan-Pyer Adams 39 il komada qaldıqdan sonra 74 yaşında vəfat edib.
Futbolçu 1982-ci ildə əməliyyat zamanı komaya düşmüşdü. Buna səbəb kimi həkim səhvi göstərilirdi.
J-P.Adams 1970-ci illərdə Fransa milli komandasının heyətində 22 oyun keçirib. O, PSJ, "Nitsa" və "Nim" klublarında çıxış edib və iki dəfə Fransa çempionatının gümüş medallarını qazanıb.///trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31