Bu futbolçu Azərbaycanla matçı buraxacaq

Portuqaliya millisinin üzvü Pedru Qonsalveş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu buraxacaq.

Portuqaliya millisinin üzvü Pedru Qonsalveş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunu buraxacaq.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Sportinq"də çıxış edən 23 yaşlı yarımmüdafiəçi zədəlidir. Onun sol ayağında iltihab aşkarlanıb. Bu səbəbdən də Pedru DÇ-2022-nin seçmə mərhələsində İrlandiya və Azərbaycanla görüşlərdə, həmçinin Qətərlə yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, sentyabrın 7-si Azərbaycan - Portuqaliya matçı 20:00da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31