Cristiano Ronaldonun transfer MƏBLƏĞİ AÇIQLANDI

İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən  Cristiano Ronaldonun transferinin maliyyə detalları açıqlanıb.

İtaliya "Yuventus"undan İngiltərənin "Mançester Yunayted" klubuna keçən  Cristiano Ronaldonun transferinin maliyyə detalları açıqlanıb.

Olaylar.az xəbər verir ki,36 yaşlı hücumçunun transfer məbləği 15 milyon avro təşkil edib.

Məbləğ 5 il ərzində ödənilməlidir. Bundan başqa, "qırmızı şeytanlar" və Ronaldo konkret idman nailiyyətləri əldə edəcəyi təqdirdə Turin təmsilçisi üçün 8 milyon avro bonus nəzərdə tutulub.

Təcrübəli forvard "Yuventus"a 2018-ci ildə İspaniya "Real Madrid"indən keçib. O, iki dəfə A Seriyasının, bir dəfə ölkə kubokunun, iki dəfə isə superkubokun qalibi olub.

Portuqaliyalı oyunçu 3 mövsüm ərzində 133 oyuna çıxıb və 101 qola imza atıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31