Beynəlxalq turnirdə iştirak edən gimnastımızdan SEVİNDİRİCİ XƏBƏR
Gənc bədii gimnastımız ötən həftəsonu Macarıstanda keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdən bürünc medalla qayıdır. Azərbaycan Gimnastika Federasiyasından Olaylar.az
30 Avqust 2021 14:12 İdmanGənc bədii gimnastımız ötən həftəsonu Macarıstanda keçirilmiş bədii gimnastika üzrə beynəlxalq turnirdən bürünc medalla qayıdır.
Azərbaycan Gimnastika Federasiyasından Olaylar.az-a verilən məlumata görə, yığma komandanın 14 yaşlı üzvü Kamilla Seyidzadə Budapeştdə təşkil edilmiş ənənəvi "Gracia Fair Cup" adlı yarışda bürünc medal qazanıb. Gürzlərlə nümayiş etdirdiyi kompozisiyasına görə hakimlərdən 19.850 xal alan Kamilla turniri fəxri kürsünün 3-cü pilləsində başa vurub.
Məlumata görə, yarışda iştirak edən daha bir gimnastımız Leyli İsmayılova isə ən yaxşı nəticəsini topla göstərərək, 9-cu pillədə qərarlaşıb.