"Beşiktaş"ın ulduzu İTALYAN KLUBUNDA
"Beşiktaş"da heyətdən uzaqlaşdırılan Adem Lahic, İtaliyaya getmək istədiyini rəhbərliyə çatdırıb. "Sampdoria" ilə razılığa gələn serbiyalı yarımmüdafiəçi, maaş borclarına əvəzində "Beşiktaş" rəhbərliyindən transfer hüququnu istəyib.
30 Avqust 2021 11:52 İdman"Beşiktaş"da heyətdən uzaqlaşdırılan Adem Lahic, İtaliyaya getmək istədiyini rəhbərliyə çatdırıb. "Sampdoria" ilə razılığa gələn serbiyalı yarımmüdafiəçi, maaş borclarına əvəzində "Beşiktaş" rəhbərliyindən transfer hüququnu istəyib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, "Beşiktaş"ın böyük ümidlərlə transfer etdiyi, lakin istər yaşadığı zədələr, istərsə də qeyri-sabit forması səbəbiylə istədiyi nəticəni əldə edə bilməyən və bu mövsümün əvvəlində heyətdən kənarlaşdırılan Adem Lahic, İtaliyaya yollanır.
2018 -ci ilin iyul ayında "Torino" dan 1.25 milyon avroya kirayəyə götürülən və bir mövsümdən sonra 6.5 milyon avroya transfer haqqını almışdı. Son 3 mövsümdə Beşiktaşda 85 oyun keçirən Lahiç 18 qol vurub və 26 məhsuldar ötürmə edib.