Prezidentdən idmançılarımıza təbrik - FOTO

"Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır

""Tokio-2020" Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"

Bunu Prezident İlham Əliyev tvitter hesabında yazıb.

Dövlət başçıçı uğur qazanmış idmançılarımızı təbrik edib.

"Milli Paralimpiya komandamızın üzvləri - Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!", - deyə Prezident qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31