Azərbaycan paralimpiyaçılarından Tokioda MÖHTƏŞƏM UĞUR

Azərbaycanlı paracüdoçu Vüqar Şirinli Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Tokio-2020 Yay Paralimpiya Oyunlarında 60 kq dərəcəsində fərqlənən kişi paracüdçular mükafatlandırılıb.
 

Olaylar.az xəbər verir ki,  medalçılar sırasında Azərbaycan təmsilçisi Vüqar Şirinli də yer alıb.

Finalda qazaxıstanlı Anuar Sarıyevə qalib gələn idmançı paralimpiya çempionu olub və Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, bu gün qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) da qızıl medal qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31