Azercell Paralimpiyaçı idmançılarımıza da DƏSTƏK OLUR
Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir
24 Avqust 2021 15:51 İdmanAvqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verilir. "Azercell
Telekom" MMC Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı olmaqla növbəti
dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.
Təqdirəlayiq haldır ki, bu oyunlarda Milli Paralimpiya komandası rekord sayda
lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli
Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir.
İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük
və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu
il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın
bayraqdarıdır.
Azercell Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla,
oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir.
Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları
dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Son illər
Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır. /
Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. Azercell şirkəti
2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu
dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və
yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və
beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə
inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq
məqsədilə "Azercell Telekom" MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq
Paralimpiya oyunları təşkil edilir./
Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında
dünyanın 136 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 540
dəst medal uğrunda yarışacaqlar.Azərbaycanlı idmançılar indiyədək Paralimpiya
Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.
Olimpiya dəyərlərinə dəstək olan Azercell şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.