Dünya çempionu "Barselona"dan ayrılmağı RƏDD EDİB

Fransalı futbolçu Samuel Umtiti İspaniyanın "Barselona" klubundan ayrılmaq istəmir.

Fransalı futbolçu Samuel Umtiti İspaniyanın "Barselona" klubundan ayrılmaq istəmir.


Olaylar.az "Marca" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Kataloniya təmsilçisi ilə müqaviləni ləğv etmək niyyətində deyil.

O, başqa klublardan transfer təklifi almayıb.

Qeyd edək ki, "Barselona" Umtiti ilə yollarını ayırmaq istəyir və onu havayı buraxmağa hazırdır. La Liqa klubu bu yolla xərcləri minimuma endirməyi planlaşdırır.

Qeyd edək ki, fransalı oyunçu "Barselona"ya 2017-ci ildə ölkəsinin "Lion" komandasından 25 milyon avro qarşılığında keçib. O, 2018-ci ildə millinin heyətində dünya çempionu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31