"Neftçi" avstraliyalı hücumçunu transfer edir

"Neftçi" klubu hücum xəttindəki problemi aradan qaldırmaq üçün səylərini davam etdirir

"Neftçi" klubu hücum xəttindəki problemi aradan qaldırmaq üçün səylərini davam etdirir.

Offsideplus.az İsrail mediasına istinadla xəbər verir ki, "ağ-qaralar" Avstraliya yığmasının futbolçusu Nikita Rukavitsa ilə danışıqlar aparır.

Azərbaycanda məktəblərdə “Zəfər tarixi” tədris olunacaq

Təcrübəli hücumçu "ağ-qaralar"ın maraq dairəsindədir. 34 yaşlı forvard yaxın günlərdə yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, Nikita Rukavitsa karyerası ərzində Avstraliyanın "Pert Qlori", "Vestern", Niderlandın "Tvente", Belçikanın "Roselar", Almaniyanın "Herta", "Maynts 05", "Frankfurt", İsrailin "Beytar" və "Makkabi" (Hayfa) klublarında forma geyinib. Son olaraq "Makkabi" forması geyinən futbolçu 2020/21 mövsümünün sonunda komandadan ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31