Messi bu tarixdə FORMA GEYİNƏCƏK

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Argentinalı ulduz futbolçu Lionel Messinin Fransanın PSJ klubunda debüt edəcəyi vaxt bəlli olub.

Olaylar.az xəbər verir ki, publika.azın məlumatına görə, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Liqa 1-in III turunda "Brest"i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

49 yaşlı mütəxəssis Messinin növbəti həftəsonu meydana çıxa biləcəyini söyləyib.

Qeyd edək ki, 34 yaşlı hücumçu PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Paytaxt klubu çempionatda 3 oyundan sonra 9 xalla liderdir. PSJ avqustun 29-da "Reyms"in qonağı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31