"Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi"- Mahir Emreli

"Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik".

"Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik".

Olaylar.az xəbər verir ki, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı hücumçu iki dəfə rəqib qapısına yol tapdıqları üçün xoşbəxt olduqlarını bildirib: "Matç son dərəcə maraqlı idi. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik.

Emreli Avropa Liqasında ilk dəfə fərqləndiyini sözlərinə əlavə edib: "Bu turnirdə əvvəl heç vaxt qol vurmamışam. Bu yarışda kilidi açmaq və qol vurmaq mənim üçün vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var. Hamımız bu oyuna 100 faiz köklənməliyik. Bu komanda ilə əlaqəli hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparacağıq, amma bizim üçün çətin olacaq. Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik.

Forvard Polşadakı matçın asan olmayacağını sözlərinə əlavə edib: "Bu gün oyunun necə keçdiyini gördük. Cavab görüşü də çətin keçəcək. İnanıram ki, Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 26-da olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31