Ronaldonun Bakıya gələcəyi TARİX BƏLLİ OLUB
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.
19 Avqust 2021 11:08 İdman2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Portuqaliya yığmasının sentyabrda keçirəcəyi oyunlarının proqramı müəyyənləşib.
Olaylar.az xəbər verir ki, bu proqram əsasında Kriştianu Ronaldunun kapitanı olduğu komandanın Bakıya gələcəyi tarix bəllidir.Fernandu Santusun yetirmələri sentyabrın 6-da Bakıya gələcək və millimizlə qarşılaşma üçün son məşqinə çıxacaq. Bir gün sonra isə millimizlə qarşılaşma olacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. (oxu.az)