“Qarabağ” yeni hücumçu transfer edib
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib
18 Avqust 2021 20:49 İdman"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.
Son klubu Norveç "Haugesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31