Azərbaycan dörd güləşçisi \ dünya çempionatında finalın bir addımlığında

Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Bu gün Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı start götürüb.

Olaylar.az oxu.az-a istinadən  xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər xalça üzərinə çıxıb.

Nurəddin Novruzov (57 kq) startda İtaliya idmançısı üzərində inamlı qələbə qazanıb - 11:6. Monqolustan güləşçisini də vaxtından əvvəl məyus edən (12:2) həmyerlimiz adını yarımfinala yazdırıb. O, Ramazan Baqavudinovla (Rusiya) qarşılaşacaq.

Zirəddin Bayramov (65 kq) ilk görüşdə tacikistanlı güləşçini üstələyib - 8:2. Bayramov gürcü rəqibiylə qarşılaşmada hesabda 2:5 geridə olsa da, inanılmaz əzmkarlıq göstərərək tam üstünlüklə (16:5) qalib gəlib və yarımfinala yüksəlib. O, Reynald Bartletlə (ABŞ) finala çıxmaq üçün mübarizə aparacaq.

Cəbrayıl Hacıyev (70 kq) 1/8 finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib - 13:3. İsveç idmançısına da heç bir şans tanımayan (10:0) Hacıyev yarımfinala adlayıb. Dağıstan əsilli idmançımızın finaldakı rəqibi Stanislav Svinoboyev (Rusiya) olacaq.

Əşrəf Aşırov (79 kq) dünya çempionatına Latviya təmsilçisi üzərində inamlı qələbəylə start verib - 10:0. Monqolustan güləşçisi də eyni aqibətlə üzləşib. Qırğızıstan idmançısından da 4:2 hesabı ilə güclü olan Aşırov yarımfinala vəsiqə qazanıb. Onun yarımfinaldakı rəqibi Maxambet Nurjaubayev (Qazaxıstan) olacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31