Messinin transferi rəsmən açıqlandı (VİDEO)

PSJ "Barselona"dan ayrılan Lionel Messinin transferini açıqlayıb

PSJ "Barselona"dan ayrılan Lionel Messinin transferini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Paris təmsilçisi bu barədə tvitterdə video paylaşıb.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edib. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli hücumçu üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Türkiyə-İsveçrə arasında GƏRGİNLİK - nota verildi

Messi ötən mövsüm İspaniya La Liqasında 35 matçda iştirak edərək, 30 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun hesabında Çempionlar Liqasının 6 oyununda 5 qol və 2 məhsuldar ötürmə var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31