Azərbaycanın Olimpiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi - ÖZƏL
Azərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
7 Avqust 2021 21:27 İdmanAzərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, Olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevdir.
Sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunacaq.
Qeyd edək ki, iyulun 23-də keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını iki idmançımız birgə daşımışdı. Bunlar cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Lakin hər iki idmançımız medal qazana bilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31