Azərbaycan güləşçisi Hacı Əliyev Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

H.Əliyev ilk görüşündə seneqallı Adama Diatteni məğlub edərək dörddəbir final mərhələsinə yüksəlib. Güləşçimiz növbəti mərhələdə qazaxıstanlı Daulet Niyazbekovdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31