Hacı Əliyev, Stadnik və Şərifovun ilk rəqibləri bəlli oldu- Tokio-2020

zərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

Olaylar.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadən bildirir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

Hər üç pəhləvan mübarizəyə 1/8 final mərhələsindən başlayacaq.

50 kq çəki dərəcəsində çıxış edən Stadnik və 97 kq çəkidəki Şərifov Rusiya Olimpiya Komitəsinin təmsilçiləri - müvafiq olaraq, Stalvira Orşuş və Abdulrəşid Sadullayevlə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Əliyev isə seneqallı Adama Diatta ilə görüşəcək.

Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31