Azərbaycanlı güləşçilərin rəqibi görün KİMDİR

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

Olaylar.az Offsideplus.az-istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Stadnik ilk görüşünü 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşa qaşrı keçirəcək. 

65 kq-da mübarizə aparan Hacı Əliyev seneqallı Adama Diatta ilə güləşəcək. Şərif Şərifov (97 kq) isə rusiyalı Abdulrəşid Sadullayevin müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31