Ukraynalı deputat Olimpiya çempionu oldu – FOTO
Ukrayna Ali Radasının üzvü Jan Belenyuk Olimpiya çempionu olub
4 Avqust 2021 19:44 İdmanUkrayna Ali Radasının üzvü Jan Belenyuk Olimpiya çempionu olub.
Bu barədə "Deutsche Welle" məlumat yayıb.
Məlumata görə, ukraynalı deputat yunan-roma güləşi üzrə 87 kq-dək çəki dərəcəsində turnirin qalibi olub.
Belenyuk öz qələbəsini Ukrayna milli rəqsilə qeyd edib.
Onu da bildirək ki, bu, Ukraynanın Tokio Olimpiadasındakı ilk qızıl medalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31