TOKİO-dan gözlənilən XƏBƏR- Azərbaycanlı güləşçi FİNALDA

Ukrayna yunan-Roma güləşi millisinin əslən azərbaycanlı üzvü Pərviz Nəsibov (67 kq) Tokio 2020-nin finalına vəsiqə qazanıb.

O, yarımfinal görüşündə misirli Məhəmməd İbrahim Əl-Sayedlə qarşılaşıb.

Nəsibov ilk hissədən sonra 0:5 hesabı ilə geridə olmasına baxmayaraq, ikinci yarıda əzmkarlıq nümayiş etidrərək, rəqibinə qalib gəlib - 7:6.

Onun qızıl medal uğrunda qarşılaşmadakı rəqibi iranlı Məhəmməd Reza Gerayi olacaq. Final görüşü avqustun 4-də keçiriləcək.

Qeyd edək ki, Pərviz Nəsibov Ağstafa rayonunun Muğanlı kəndində doğulub. İdmançı 6 yaşında olarkən ailəsi ilə Ukraynaya köçüb. O, cari ilin mayında Bolqarıstanda keçirilən Tokio 2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə (Dünya Təsnifat) Azərbaycan təmsilçisi Rəsul Çunayevi məğlub etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31