Azərbaycan millisi erməniyə qarşı TOKİO-2020

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gün ilk medalını qazana bilər.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi bu gün ilk medalını qazana bilər.

Olaylar.Az apasport.az-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov bürünc mükafat uğrunda mübarizəni davam etdirir.

Yunan-Roma güləşi
3 avqust
77 kq

Bir gün əvvəl 1/4 finalda məğlub olmasına baxmayaraq, rəqibi finala qədər irəliləyən Rafiq Hüseynov bu gün təsəlliverici görüşə çıxıb. İkiqat Avropa çempionu tunisli Lamyed Maafi ilə üz-üzə gəlib. Qarşılaşma Hüseynovun tam üstünlüyü ilə (11:1) yekunlaşıb.

33 yaşlı idmançımız bürünc medal uğrunda ermənistanlı Karapet Çalyanla görüşəcək. Medal mübarizəsi Bakı vaxtı ilə 14:30-da start götürəcək.

Qeyd edək ki, güləşçilərimizdən İslam Abbasov (87 kq) və Elis Manolova (68 kq) Olimpiadanı medalsız tərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31