Tokio Olimpiadasının koronavirus statistikası açıqlanıb
Avqustun 1-də Olimpiya Oyunları iştirakçıları arasında 18 yeni yoluxma halı aşkar olunub.
1 Avqust 2021 20:12 İdmanAvqustun 1-də Olimpiya Oyunları iştirakçıları arasında 18 yeni yoluxma halı aşkar olunub.
Bu barədə tədbirin təşkilat komitəsinin bazar günü yaydığı hesabatında bildirlib.
Bununla da Olimpiada ərzində yarışlara aidiyyəti olan şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 264 nəfərə çatıb.
Hesabatda qeyd olunan şəxslər arasında hər gün 30 mindən çox testin keçirildiyi, yoluxma sayının proqnozlar çərçivəsində olduğu bildirlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31