Azərbaycan Tokioda ikinci medalını təmin etdi - Yenilənir
Azərbaycan boksçusu Alfonso Dominges Türkiyə idmançısı Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə qalib gələn (5:0) Dominges yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Bu gün +78 çəkidə yarışan qadın cüdoçumuz İrina Kindzerskanın 3-cü yeri tutub.
30 İyul 2021 15:12 İdman81 kq dərəcəsində yarışan Azərbaycan boksçusu Alfonso Dominges bu gün Tokio-2020-də 1/4 final döyüşünə çıxıb.
Olaylar.az xəbər verir ki, o, Türkiyə idmançısı Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə qalib gələn (5:0) Dominges yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, bu gün +78 çəkidə yarışan qadın cüdoçumuz İrina Kindzerskanın 3-cü yeri tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31