"Neftçi"nin oyununda insident baş verib
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda insident baş verib
21 İyul 2021 23:55 İdmanYunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda insident baş verib.
41-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Samir Abasovla yerli azarkeşlər arasında insident yaşanıb.
Bu, 43 yaşlı mütəxəssisin referinin qərarına etirazını bildirməsindən sonra gerçəkləşib. Fanatlar Abasova söz ataraq onu təxribata çəkiblər. Baş məşqçi isə onlara eyni tərzdə cavab verməyi lazım bilib. Nəticədə azarkeşlər trbiunadan onun olduğu ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, daha sərt formada narazılıq ediblər.
Məsələyə referi müdaxilə edərək, tərəfləri sakitləşdirib."Report"