Tokio-2020: Koronavirusa yoluxanların sayı 71-ə çatdı
20 İyul 2021 10:34 İdmanTokio-2020 Yay Olimpiya Oyunları üçün 17 - 19 iyulda götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.
Olaylar.az-ın məlumatına görə, daha 9 nəfərin testi müsbət çıxıb. Həmin şəxslərin adları açıqlanmayıb.
Onlardan biri idmançı, digəri komanda üzvü, başqa biri könüllüdür. İnfeksiya aşkarlanan 6 nəfər isə olimpiadanın işçiləridir.
Beləliklə, Tokio-2020-də koronavirusa yoluxanların sayı 71-ə çatıb.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31