Hemilton dramatik yarışda Ferstappenin qalibiyyət seriyasını qırdı - VİDEO

Formula 1 üzrə Britaniya Qran-prisi dramatik anlara səhnə olub

Formula 1 üzrə Britaniya Qran-prisi dramatik anlara səhnə olub.

TASS xəbər verir ki, hazırda turnir cədvəlinin lideri "Red Bull" komandasının pilotu Maks Ferstappen əsas rəqibi Lüis Hemilton ("Mercedes") ilə yarışın ilk dövrəsindəcə toqquşaraq sıradan çıxıb.

Qəzadan sonra yarışa bir müddət fasilə verilib. Hemiltona 10 saniylik cəza kəsilib, Ferstappenə isə ilkin tibbi yardım göstərilib.

Daha sonra bərpa olunan mərhələni yekunda Hemilton qazanıb. Doğma meydanda üstün olan britaniyalı pilot lider Ferstappenlə xal fərqini azaldıb.

Qeyd edək ki, növbəti mərhələ Macarıstandakı "Hunqarorinq"də keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31