Emin Mahmudov “Neftçi”nin avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib
Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb
14 İyul 2021 22:30 İdmanEmin Mahmudov "Neftçi"nin tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi "ağ-qaralar"ın avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib.
O, buna Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi "Dinamo"su ilə ev oyununda nail olub. Penaltini dəqiq yerinə yetirən kapitan "Neftçi"nin heyətində 6-cı avrokubok qoluna imza atıb.
Bununla da Emin Julius Vobayi arxada qoyub. Syerra-leoneli 5 dəfə fərqlənib.
Qeyd edək ki, Emin Çempionlar Liqasında 2, Avropa Liqasında 4 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31