"Neftçi" Çempionlar Liqasında yubiley matçına çıxdı

"Neftçi" UEFA Çempionlar Liqasında (ÇL) yubiley oyununa çıxıb

"Neftçi" UEFA Çempionlar Liqasında (ÇL) yubiley oyununa çıxıb.

Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına qarşı I təsnifat mərhələsinin cavab matçı "ağ-qaralar"ın qitənin ən nüfuzlu klub turnirində sayca 20-ci görüşü olub.

Flaqman bunadək keçirdiyi 19 qarşılaşmanın 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 oyun isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. ÇL-də 16 qol vuran Bakı klubu qapısında 33 top görüb.

Qeyd edək ki, bu raundun Tbilisidə baş tutan ilk matçı "Neftçi"nin xeyrinə başa çatıb - 2:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31