"Dinamo"nun futbolçusu: "Məqsədimiz "Neftçi"ni keçməkdir"
"Biz "Neftçi"ni güclü komanda kimi tanıyırıq. Amma bundan da yaxşı klublar var"
13 İyul 2021 20:09 İdman"Biz "Neftçi"ni güclü komanda kimi tanıyırıq. Amma bundan da yaxşı klublar var".
Bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının futbolçusu Georgi Kutsiya Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
22 yaşlı yarımmüdafiəçi bildirib ki, əsas məqsədləri "Neftçi"ni keçmək və növbəti mərhələyə adlamaqdır.
Qeyd edək ki, iyulun 14-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31