Pepe Avropa çempionatları tarixinə düşdü

Portuqaliya milli komandasının futbolçusu Pepe Avropa çempionatlarının tarixinə düşüb.

Olaylar.az-ın məlumatına görə, təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qocaman oyunçu sayılıb. Pepe buna 38 yaş 121 günündə ikən Belçikaya 0:1 hesabı ilə uduzduqları 1/8 final oyununun start heyətində yer almaqla, nail olub.

Qeyd edək ki, Avropa çempionatları tarixinin qol vuran ən yaşlı futbolçusu Avstriya millisinin sabiq üzvü İviça Vastiçdir. O, AVRO-2008-də 38 yaş 257 günündə fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31