AVRO-2020: Çexiya millisinin Budapeştə səfəri təxirə salındı
26 İyun 2021 14:40 İdmanAVRO-2020-nin 1/8 final mərhələsində Niderlandla qarşılaşacaq Çexiya millisi problemlə üzləşib.
Olaylar.az-ın məlumatına görə, komanda matçın keçiriləcəyi Budapeştə yollana bilməyib.
Buna səbəb təyyarənin rezin pilləkəninin səhvən şişirdilməsi olub. Bu da çexiyalıların səfərlərinin bir müddətlik təxirə salınmasına səbəb olub.
Qeyd edək ki, sabah keçiriləcək Niderland - Çexiya görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31