"Qalatasaray" Arda Turanla yeni müqavilə imzalayacaq
26 İyun 2021 13:07 İdmanTürkiyənin "Qalatasaray" klubu futbolçusu Arda Turanla müqavilənin müddətini uzadacaq.
Olaylar.az xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı yarımmüdafiəçi ilə anlaşıb.
"Sarı-qırmızılar" təcrübəli oyunçuya 1+1 illik sözləşmə təklif edib. Müqavilənin tezliklə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da çıxış etmiş Arda Turan 2020-ci ilin yayında İstanbul təmsilçisinə qayıdıb. O, karyerası ərzində İspaniyanın "Atletiko" (Madrid) və "Barselona" kimi klubların formasını geyinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31