Azərbaycan Kubokunda səfər qolu qaydası ləğv edilir?
25 İyun 2021 15:22 İdmanFutbol üzrə Azərbaycan Kubokunda səfər qolunun ləğvi məsələsi müzakirə edilir.
Olaylar.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Onun sözlərinə görə, hələ ki, bu yöndə konkret bir şey yoxdur: "Futbolla bağlı bütün məsələləri müzakirə edirik. Amma yekunda necə olacaq, o barədə məlumatım yoxdur".
Qeyd edək ki, UEFA avrokuboklarda səfər qolu qaydasını ləğv edib. Azərbaycan Kubokunun 1/8 final mərhələsi bir oyundan ibarət olduğundan, bu qayda 1/4 və 1/2 final matçlarında tətbiq edilir. // Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31