Ronaldu Əliyə məxsus dünya rekordunu təkrarladı
24 İyun 2021 11:35 İdmanPortuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmada vurduğu qolların sayını 109-a çatdırıb.
Olaylar.az qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.
O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Bu isə o deməkdir ki, Ronaldu daha bir dünya rekordunu qırmağa çox yaxındır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31