Millimiz Fransaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

Olaylar.az xəbər verir ki, yığma Portuqaliyanın Nazare şəhərində Fransa seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 9 və 26-cı dəqiqədə Sabir Allahquliyev vurub.

Qrupun digər oyununda Estoniya və İsveçrə yığmaları üz-üzə gələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31